Test imtahanında iştirak edən namizəd barədə
TƏLİMAT
TƏLİMAT
I. Ümumi müddəalar
1. Bu Təlimat Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 8-ci bəndinə və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin 2009-cu il 1 oktyabr tarixli 251 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması və inzibati vəzifələrin təsnifatı üzrə keçid ballarının müəyyən edilməsi Qaydaları”nın 9-cu bəndinə uyğun olaraq hazırlanmışdır və test imtahanında (bundan sonra – imtahan) iştirak edən namizədin (bundan sonra – namizəd) hüquq və vəzifələrini, həmçinin namizədə dair qadağaları müəyyən edir.
2. Namizədin hüquqları aşağıdakılardır:
2.1. nəzarətçilərdən imtahanın keçirilməsi ilə əlaqədar təlimatlarla bağlı müvafiq aydınlıq gətirilməsini tələb etmək;
2.2. imtahan testinə daxil olan test tapşırıqlarını istənilən ardıcıllıqla cavablandırmaq;
2.3. imtahan zamanı yaranmış, habelə test tapşırıqları ilə bağlı texniki problemlərin aradan qaldırılmasını tələb etmək;
2.4. namizədlər, nəzarətçilər, administrator və imtahan prosesində iştirak edən digər şəxslər tərəfindən imtahanın təşkili və keçirilməsi ilə bağlı qaydalar və təlimatlar (bundan sonra – müvafiq olaraq qaydalar və təlimatlar) pozulduğu halda imtahan rəhbərinə müraciət etmək;
2.5. imtahan rəhbəri tərəfindən qaydalar və təlimatlar pozulduğu halda Komissiyanın rəhbərliyinə məlumat vermək;
2.6. imtahanı müəyyən edilmiş vaxtdan tez başa çatdırmaq;
2.7. imtahanın nəticəsinə dair arayış almaq.
III. Namizədin vəzifələri
3. Namizədin vəzifələri aşağıdakılardır:
3.1. şəxsiyyətini təsdiq edən sənədi nəzarətçiyə təqdim etməklə qeydiyyatdan keçmək və imtahan zalında müəyyən edilmiş yerdə oturmaq;
3.2. imtahan zalında sakitliyə riayət etmək;
3.3. imtahanı müəyyən edilmiş vaxtdan tez başa çatdırdıqda imtahan zalını tərk etmək;
3.4. imtahan personalının imtahanın keçirilməsi ilə əlaqədar tələblərini yerinə yetirmək;
3.5. qaydalara və təlimatlara riayət etmək.

IV. Namizədlər barədə müəyyən edilmiş qadağalar
4. Namizədə aşağıdakılar qadağandır:
4.1. Komissiya tərəfindən imtahan zalına gətirilməsi qadağan edilmiş, imtahan testinin cavablandırılması üçün istifadə edilə biləcək və ya imtahanın gedişinə mane ola biləcək vasitələri imtahan zalına keçirmək;
4.2. qaydalar və təlimatlarda nəzərdə tutulmuş hallar istisna olmaqla imtahan testi ona təqdim edildikdən sonra imtahan zalını tərk edərsə, imtahan zalına qayıtmaq;
4.3. digər namizədə kömək etmək və ya onun köməyindən istifadə etmək;
4.4. imtahan prosesinə mane olan hərəkətlərə (danışmaq, imtahan zalında gəzmək və s.) yol vermək;
4.5. imtahan zamanı zalda yerini dəyişmək;
4.6. digər namizədin imtahan testinə baxmaq və ya namizədlərin onun imtahan testinə baxmasına şərait yaratmaq.

0 comments:
Post a Comment